“Qarabağ” “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub etdi - YENİLƏNİB + VİDEO

6 Sentyabr 2026 22:11
1 749
“Qarabağ” “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub etdi - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının dördüncü turunun son oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesab səkkizinci dəqiqədə açılıb. “Qarabağ”ın futbolçusu Joni Montiel fərqlənib.

İkinci hissədə Ağdam təmsilçisi üstünlüyünü artırıb. Renaldo Sepas 67-ci dəqiqədə hesabı 2:0 edib.

72-ci dəqiqədə Luka Dumançiç fərqi azaldıb. Bu, “Araz-Naxçıvan”ın cari mövsümdə vurduğu ilk qol olub.

89-cu dəqiqədə Musa Qurbanlı “Qarabağ”ın üçüncü qoluna imza atıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində isə Ağadadaş Salyanski fərqi yenidən minimuma endirib.

Beləliklə, “Qarabağ” görüşdən 3:2 hesablı qələbə ilə ayrılaraq xallarının sayını 9-a çatdırıb. “Araz-Naxçıvan”ın isə bir xalı var.

22:08

90+3-cü dəqiqədə Ağadadaş Salyanski "Araz-Naxçıvan"ın ikinci qolunu vurdu.

22:04

Musa Qurbanlı 89-cu dəqiqədə hesab arasındakı fərqi yenidən artırdı. "Qarabağ" - "Araz-Naxçıvan" oyununda hesab 3:1-dir.

21:47

Luka Dumançiç 72-ci dəqiqədə hesab arasındakı fərqi azaldır - 2:1. Bu, "Araz-Naxçıvan"ın mövsümdə ilk qoludur.

21:41

Renaldo Sepas 67-ci dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurdu - 2:0.

21:19

Misli Premyer Liqasının dördüncü turu çərçivəsində keçirilən son oyunda ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra “Qarabağ” “Araz-Naxçıvan” üzərində minimal hesablı üstünlüyə malikdir. Oyunda yeganə qolu səkkizinci dəqiqədə Joni Montiel vurub.

21:05

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının dördüncü turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” - “Araz-Naxçıvan” oyununun ilk hissəsi minimal hesabla başa çatdı.

Oyunda yeganə qolun səkkizinci dəqiqədə "Qarabağ"ın futbolçusu Joni Montiel vurub.

20:26

“Qarabağ” Joni Montielin səkkizinci dəqiqədə vurduğu qolla hesabı açır - 1:0.

20:14

Bu gün Misli Premyer Liqasının dördüncü turu çərçivəsində keçirilən ikinci oyun başladı.

İdman.Biz xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Araz-Naxçıvan”ı qəbul edir.

19:24

Bu gün “Qarabağ” və “Araz-Naxçıvan” futbol komandaları Misli Premyer Liqasının dördüncü turu çərçivəsində qarşılaşırlar.

İdman.Biz xəbər verir ki, komandalar saat 20:15-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 23. Martin Zlomisliç 8. Marko Yankoviç (k) 2. Mateus Silva 5. Bruno Lanqa 10. Joni Montiel 25. Cebrail Makreçkis 21. Aleksey Kaşuk 19. Taofik İsmail 7. Jali Muaddib 4. Bense Varkonyi 33. Dieqo Rosa.

Baş məşqçi: Qurban Qurbanov.

“Araz-Naxçıvan”: 99. Tərlan Əhmədli 7. Rövlan Muradov 26. Ömər Buludov 8. Mustafa Əhmədzadə 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 5. Luka Dumançiç 19. Abdallah Sudi.

Baş məşqçi: Zaur İsmayılov.

10:18

Misli Premyer Liqasının dördüncü turunda bu gün “Qarabağ” və “Araz-Naxçıvan” üz-üzə gələcəklər.

İdman.Biz xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:15-də başlayacaq.

Qarşılaşmanın baş hakimi Cavid Cəlilov olacaq. Ona Kamran Bayramov və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.

VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Pərvin Talıbov olacaq. Görüşün hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi isə Elgiz Abbasovdur.

Komandalar Azərbaycan çempionatında indiyədək 15 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 11-də “Qarabağ”, üçündə “Araz-Naxçıvan” qalib gəlib, bir qarşılaşma heç-heçə başa çatıb. Topların nisbəti Ağdam klubunun xeyrinə 42:14-dür.

“Qarabağ” rəqibinə qarşı son yeddi oyunun hamısında qələbə qazanıb. Ağdam təmsilçisi komandalar arasındakı son üç görüşün hər birində ən azı 5 qol vurub. Son qarşılaşma 2026-cı il martın 8-də keçirilib və “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib.

İdman.Biz