Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin ümumi sayı açıqlanıb.
İdman.Biz xəbər verir ki, turun altı qarşılaşmasında ümumilikdə 30 800 tamaşaçı qeydə alınıb.
Ən çox azarkeş “Kəpəz” - “Zirə” matçında olub. Gəncə şəhər stadionunda keçirilən və 1:1 hesabı ilə başa çatan görüşü 13 800 tamaşaçı izləyib.
“Qarabağ” - “Neftçi” derbisində (3:3) isə tribunada 13 500 azarkeş olub.
Turun digər oyunlarında qeydə alınan tamaşaçı sayı belədir:
“Şamaxı” - “Şəfa” (3:2) - 1 200;
“Sumqayıt” - “Araz-Naxçıvan” (2:1) - 1 200;
“Qəbələ” - “Sabah” (0:4) - 750;
“İmişli” - “Turan Tovuz” (1:0) - 350.
Qeyd edək ki, Misli Premyer Liqasının doqquzuncu turuna oktyabrın 23-də start veriləcək.
