“Real Madrid” futbol klubu yaxın aylarda Lissabon “Sportinq”inin 15 yaşlı yarımmüdafiəçisi Xakobo Afonsonu transfer edə bilər.
İdman.Biz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Madrid klubu gənc futbolçunun inkişafını izləməyə davam edir. “Real Madrid”in skautları Afonsonun potensialını yüksək qiymətləndirirlər.
15 yaşlı yarımmüdafiəçi fiziki göstəriciləri, topla irəliləmək bacarığı və hücumlara geridən qoşulması ilə diqqət çəkir. Mənbənin məlumatına görə, futbolçunun transferi yaxın vaxtlarda reallaşa bilər.
Qeyd edək ki, Xakobo Afonso həm İspaniya, həm də Portuqaliya vətəndaşlığına malikdir. O, İspaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edir. Gənc futbolçunun atası Nunu Afonso da vaxtilə “Benfika” başda olmaqla bir sıra klublarda oynayıb.
