Futbol üzrə İspaniya La Liqasının doqquzuncu turunda “Real Madrid” doğma meydanda “Sevilya”nı 4:1 hesabı ilə məğlub edib. Madrid təmsilçisinin cinah hücumçusu Yan Diomande bu görüşdə bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.Biz Sport24.ru-ya istinadən xəbər verir ki, 19 yaşlı Kot-d’İvuar futbolçusu (19 yaş, 338 gün) XXI əsrdə “Real”ın heyətində La Liqanın bir oyununda həm qol vuran, həm də məhsuldar ötürmə edən 20 yaşadək ilk oyunçu olub.
O, bu göstəricidə Cud Bellinqemin rekordunu geridə qoyub. İngiltərəli futbolçu bunu 20 yaş 51 günlük olarkən bacarmışdı.
Diomande “Real”ın start heyətində meydana çıxdığı son dörd oyunda ümumilikdə beş məhsuldar hərəkətlə yadda qalıb.
O, “Elçe” ilə görüşdə məhsuldar ötürmə edib, “Vilyarreal”la matçda qol vurub, “Roma” ilə qarşılaşmada assist müəllifi olub. “Sevilya”ya qarşı oyunda isə həm qol, həm də məhsuldar ötürmə ilə fərqlənib.
