Almaniyanın “Borussiya” (Dortmund) komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah”la keçirəcəyi oyun üçün heyətini açıqlayıb.
İdman.Biz xəbər verir ki, klubun rəsmi saytına istinadən yayılan məlumata görə, baş məşqçi Niko Kovaç Bakıya səfər edəcək 24 futbolçunun adını müəyyənləşdirib.
Heyətdə Qreqor Kobel, Valdemar Anton, Niko Şlotterbek, Rami Bensebaini, Cob Bellinqem, Feliks Nmeça, Seru Qirassi, Maksimilian Bayer, Karni Çukvuemeka, İtan Nvaneri, Marsel Zabitser, Fabio Silva, Juan Qadu, Daniel Svensson, Coui Verman, Yulian Ryuerson, Patrik Dreves, Aleksander Mayer, Kauan Prates, Filippo Mane, Samuele İnasio, Matis Albert, Entso Duarte və Luka Recani yer alıblar.
Yarımmüdafiəçi Konstantinos Karetsas isə ayağından aldığı zədə səbəbindən Bakıya gəlməyəcək.
Dortmund təmsilçisinin bu gün Bakıya gələcəyi və qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda matçdan əvvəl son məşqinə çıxacağı bildirilir.
Qeyd edək ki, “Sabah” - “Borussiya” oyunu oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.
