“Qəbələ”nin kapitanı son 18 mövsümün rekorduna imza atdı

19 Oktyabr 2026 12:58
124
“Qəbələ”nin kapitanı son 18 mövsümün rekorduna imza atdı

“Qəbələ”nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekordunu qırıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bölgə təmsilçisinin kapitanı səkkizinci turda “Sabah”la ev matçının son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb.

40 yaş 73 günlüyündə meydana çıxan yarımmüdafiəçi çempionatda son 18 mövsümün rekordunu qırıb. A.Məmmədov bu dövrdə meydana çıxan ən yaşlı futbolçu olub.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz