Azərbaycan İkinci Liqası: “Şəmkir” “Difai” ilə üz-üzə

19 Oktyabr 2026 11:29
85
Azərbaycan İkinci Liqası: “Şəmkir” “Difai” ilə üz-üzə

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasının səkkizinci turunun oyunu “Şəmkir” “Difai” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək qarşılaşmanı Hacıağa Həsənov idarə edəcək.

Azərbaycan İkinci Liqası
Səkkizinci tur
19 oktyabr
15:00. “Şəmkir” - “Difai”

Hakimlər: Hacıağa Həsənov, Sadiq Əliyev, Ruslan Məmmədov, Samir Musayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Marafon” “Kür-Araz”ı 7:1, “Şirvan” “Ağstafa Gəncləri”ni 3:2, “Hypers” isə “Ağdaş”ı 2:1 hesabı ilə üstələyib. Tura oktyabrın 20-də yekun vurulacaq.

İdman.Biz
Məqalədə: