Futbol üzrə Misli Premyer Liqasının səkkizinci turu Elçin Əlicanov üçün əlamətdar olub.
İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, “Zirə”nin futbolçusu turnirdə 100-cü oyununu keçirib.
O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı müdafiəçinin hesabında üç qol var.
E.Əlicanovun debütü 2022/2023 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada iki qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda bir dəfə fərqlənib.
