“LANDAU Lions” basketbol komandası “Bakken Birs”lə qarşılaşacaq

21 Oktyabr 2026 09:53
123
“LANDAU Lions” basketbol komandası “Bakken Birs”lə qarşılaşacaq

“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu Azərbaycan təmsilçisi G qrupunun üçüncü turunda Danimarkada “Bakken Birs”in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, “LANDAU Lions” əvvəlki görüşlərdə İsveçrənin “Lions de Geneve” komandasına 83:105, Slovakiyanın “Prievidza” klubuna isə 84:108 hesabı ilə məğlub olub.

İdman.Biz