İspaniyalı yarımmüdafiəçi İsko Çempionlar Liqasında eyni ölkənin beş fərqli klubunun formasını geyinən ilk futbolçu olub.
İdman.Biz xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerası ərzində Çempionlar Liqasında “Valensiya”, “Malaqa”, “Real Madrid”, “Sevilya” və “Betis”in heyətində çıxış edib.
Beləliklə, İsko bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib.
Daha əvvəl Krespo, Dalmаt, Ben Arfa, Yılmaz və Rahim Sterlinq kimi futbolçular Çempionlar Liqasında eyni ölkənin dörd fərqli klubunda çıxış ediblər.
