“Real Madrid” Arda Gülərlə müqavilənin müddətini uzadıb.
İdman.Biz xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, türkiyəli yarımmüdafiəçi 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinə məxsus olacaq.
Arda Gülər 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə keçib. O, klubun heyətində keçirdiyi 126 oyunda 5 titul qazanıb. Bunlara Çempionlar Liqası, Klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku daxildir.
Türkiyə millisinin üzvü indiyədək yığmanın heyətində 38 oyun keçirib.
Qeyd edək ki, Arda Gülər ötən ilin sentyabrında 2025/26 mövsümündə UEFA Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu mükafatına layiq görülüb.
