“Sabah” futbol komandasını İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin birinci turunun oyununda 300-ə yaxın azarkeş dəstəkləyəcək.
Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov report.az-a bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” - “Sabah” görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da “Old Trafford”da start götürəcək.
