Messi İspaniyada klub aldı

9 Sentyabr 2026 14:40
79
Messi İspaniyada klub aldı

Lionel Messi İspaniya Sequndasında çıxış edən “Eldense” futbol klubunun sahibi olub.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, argentinalı futbolçu komandanın hazırkı sahibləri ilə klubun səhmlərinin 100 faizini almaq barədə razılığa gəlib. Sövdələşmə üçüncü tərəflərin iştirakı olmadan birbaşa Messi tərəfindən həyata keçirilib.

Nəşrin məlumatına görə, bu qərar 39 yaşlı argentinalının peşəkar karyerasını başa vurduqdan sonra da öz adını və irsini futbolun inkişafına yatırmaq istəyindən qaynaqlanır. “Eldense” Kataloniyanın yaxınlığında, Alikante vilayətində yerləşir. Messi uzun illər karyerasını Kataloniya ilə bağlayıb və peşəkar futboldan ayrıldıqdan sonra burada yaşamağı planlaşdırır.

“Eldense”nin alınması Messinin futbol investor kimi atdığı növbəti addım olacaq. Aprel ayında argentinalı Kataloniyada yerləşən “Kornelya” klubunu da alıb.

Beləliklə, Messi tədricən yalnız futbolçu kimi deyil, həm də klub sahibi kimi öz futbol irsini formalaşdırır.

İdman.Biz