“Araz-Naxçıvan” futbol komandasının hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət alıb.
İdman.Biz xəbər verir ki, futbolçu sentyabrın 25-də səfərdə Toqo, dörd gün sonra - sentyabrın 29-da isə doğma meydanda Əlcəzairlə keçiriləcək oyunlar üçün açıqlanan heyətə daxil edilib.
Dəvətə əsasən, Sudi Abdallah sentyabrın 21-dən oktyabrın 6-dək Burundi millisinin düşərgəsində olacaq.
