17 yaşadək qızlardan ibarət futbol millimiz Gürcüstana məğlub olub

9 Sentyabr 2026 15:44
65
17 yaşadək qızlardan ibarət futbol millimiz Gürcüstana məğlub olub

17 yaşadək qızlardan ibarət Azərbaycanın futbol millisi Gürcüstanın U-17 yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ”Dalğa Arena”nın ehtiyat meydanında keçirilən qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Tərəflər arasında sentyabrın 6-da baş tutan ilk görüşdə də Gürcüstan millisi qalib gəlmişdi - 1:0.

İdman.Biz