Premyer Liqa klubunun portuqaliyalı hədəfi

Xəbərlər
23 Aprel 2024 11:59
117
Premyer Liqa klubunun portuqaliyalı hədəfi

İngiltərənin “Vest Hem” klubu baş məşqçi postunda dəyişiklik etməyə qərar verib.

İdman.biz xəbər verir ki, London təmsilçisi Devid Moyeslə vidalaşmaq niyyətindədir.

Premyer Liqa klubu portuqaliyalı Ruben Amorimin baş məşqçi postuna gətirilməsini planlaşdırır. “Sportinq”in 39 yaşlı çalışdırıcısı ilə danışıqlara start verilib.

Qeyd edək ki, “Vest Hem” Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: