Ölkə kubokunun reqlamentində dəyişiklik edilib

Xəbərlər
18 Aprel 2024 17:39
90
Ölkə kubokunun reqlamentində dəyişiklik edilib

İngiltərə kubokunun reqlamentində növbəti dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, növbəti mövsümdən heç-heçə başa çatan matçların təkrar keçirilməsi tamamilə ləğv ediləcək.

2018-ci ildə qəbul olunan qərarla ilk 4 mərhələdə təkrar oyunlar mümkün idi. 5-ci raunddan başlayaraq qalib təkrar matç keçirilmədən müəyyənləşməlidir.

Premyer Liqa və futbol assosiasiyası arasında bununla bağlı razılıq əldə olunub. Həm də finalın vaxtı razılaşdırılıb. Hər il kubokun finalı Premyer Liqada mövsümün sonuncudan əvvəlki həftəsonunda təşkil ediləcək.

İdman.biz