Portuqaliyanın Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları “Benfika” futbol klubunun talismanı olan qartalla işləyən 46 yaşlı təlimçini saxlayıblar.
İdman.Biz “Correio da Manhã”ya istinadən xəbər verir ki, Joao Paulu Santuş Lissabon hava limanında 110 kiloqram kokain müsadirə olunduqdan sonra nəzarətə götürülüb.
Santuş yırtıcı quşların təlimi ilə məşğul olan və “Benfika”nın vaxtaşırı xidmətlərindən istifadə etdiyi şirkətdə çalışır. O, ötən il qartalı komandanın matçına çıxarıb və “Benfika”nın digər tədbirlərində iştirak edib.
“Benfika” açıqlama yayaraq həmin şəxsin klubun əməkdaşı olmadığını bildirib.
