U-19 millimiz Moldovaya penaltilərlə uduzub

14 Sentyabr 2026 20:36
88
U-19 millimiz Moldovaya penaltilərlə uduzub

Azərbaycanın 19 yaşadək qızlardan ibarət milli komandası Moldova ilə yoldaşlıq oyununda qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Millimizin qollarını 73-cü dəqiqədə Ayşən Salamzadə və 90+1-ci dəqiqədə Xədicə Əlizadə vurublar.

Qalibin müəyyənləşməsi üçün keçirilən penalti seriyasında Moldova yığması 5:4 hesabı ilə üstün olub.

Komandalar arasında növbəti yoldaşlıq oyunu sentyabrın 16-da saat 10:00-da “Dalğa Arena”nın ehtiyat meydançasında keçiriləcək.

İdman.Biz