“Barselona” gələn il Holandı transfer etmək istəyir

14 Sentyabr 2026 21:15
88
“Barselona” gələn il Holandı transfer etmək istəyir

“Barselona” “Mançester Siti”nin futbolçusu Erlinq Holandı 2027-ci ilin yayında heyətinə qatmaq imkanını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi norveçli futbolçunun gələn il komandasını dəyişmək barədə düşünəcəyinə ümid edir.

“Barselona”nın prezidenti Joan Laporta Holandın ətrafı ilə əvvəlcədən əlaqə qurmaq və futbolçunun agentləri ilə görüşmək niyyətindədir. Bu mərhələdə kataloniyalılar transferlə bağlı razılığa gəlməyi deyil, futbolçunun gələcəklə bağlı planlarını və mümkün müqavilə şərtlərini öyrənməyi hədəfləyirlər.

“Barselona”da başa düşürlər ki, Holand “Mançester Siti”dən ayrılmaq qərarına gəlsə, onun üçün Avropanın bir sıra aparıcı klubları mübarizə aparacaq. Buna görə də Laporta mümkün transfer üzərində işə indidən başlamaq istəyir.

Əsas maneələrdən biri isə sövdələşmənin maliyyə tərəfidir. “Barselona”nın bunun üçün əməkhaqqı fondunda əhəmiyyətli məbləğdə vəsaiti azaltmalıdır. Bununla belə, klub rəhbərliyi Holandın transferinin komandanın həm idman, həm də kommersiya potensialını əhəmiyyətli dərəcədə artıracağına inanır.

26 yaşlı hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədər qüvvədədir. “Transfermarkt” portalı Holandı 220 milyon avro (440 milyon manat) dəyərində qiymətləndirir.

İdman.Biz