“Barselona”nın sabiq futbolçusu Jerar Pike 2026-cı il “Qızıl top” mükafatının favoritlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, ispaniyalının siyahısında “Barselona”nın futbolçuları Lamin Yamal və Rodri, həmçinin “Bavariya”nın hücumçusu Harri Keyn yer alıb.
“Mənim üçün üç favorit Harri Keyn, Lamin Yamal və Rodridir”, – deyə Pike “Daily Sport”a bildirib.
2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, mükafatın hazırkı sahibi “PSJ” və Fransa millisinin hücumçusu Usman Dembeledir.
