“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.
İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda “Əl-Xolud”la qarşılaşmada het-trik edib.
Ər-Riyadda keçirilən görüşdə Ronaldu 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Onun komandası rəqibini 5:3 hesabı ilə məğlub edib.
Portuqaliyalı ulduz karyerası ərzində klub səviyyəsində 839, milli komandanın heyətində isə 146 qol vurub.
Beləliklə, Ronaldu 1000 qol həddinə çatmaq üçün daha 15 dəfə fərqlənməlidir.
