Levandovski “Arsenal”a söz atdı: “Mən titul qazanmaq istəyirdim”

29 Oktyabr 2026 21:42
64
Levandovski “Arsenal”a söz atdı: “Mən titul qazanmaq istəyirdim”

“Barselona” və “Bavariya”nın sabiq futbolçusu Robert Levandovski karyerası ərzində “Arsenal”da çıxış etməməsinin səbəbi barədə danışıb.

İdman.Biz xəbər verir ki, sosial şəbələrdə yayılan videoda 38 yaşlı futbolçu ona ünvanlanan suala zarafatla cavab verib.

- Niyə “Arsenal”da oynamamısan?

- Mən titul qazanmaq istəyirdim! (gülür)

- Axı biz indicə bir titul qazandıq!

Onda bu qədər uzun müddət gözləməli olmazdınız, - deyə Levandovski cavab verib.

Qeyd edək ki, polşalı hücumçu karyerası ərzində 10 dəfə Almaniya, üç dəfə isə İspaniya çempionu olub. O, “Bavariya”nın heyətində Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

İdman.Biz