“Espanyol”ın sabiq futbolçusu Mişel Pineda 62 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə Barselona klubunun kommunikasiya direktoru Andres Merelyo məlumat verib.
Keçmiş futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Pineda 1984-1990-cı illərdə “Espanyol”un formasını geyinib. O, bu müddətdə 233 matçda meydana çıxıb və 73 qol vurub.
Sabiq hücumçu 1987-ci ildə komandasının La Liqada üçüncü yeri tutmasına kömək edib.
Mişel Pineda 1986-cı ildə İspaniyanın gənclər millisinin heyətində Avropa çempionu olub.
