“Mançester Yunayted” hücumçu axtarışına başladı - 29 yaşlı futbolçu gündəmdə

29 Oktyabr 2026 23:49
54
“Mançester Yunayted” hücumçu axtarışına başladı - 29 yaşlı futbolçu gündəmdə

“Mançester Yunayted” qış transfer pəncərəsində yeni hücumçu almaq imkanlarını araşdırır. Klubun maraq dairəsində olan futbolçulardan biri “Lids”in hücumçusu Dominik Kalvert-Lyuindir.

İdman.Biz “The Athletic”ə istinadən xəbər verir ki, Mançester təmsilçisi 29 yaşlı futbolçunu bir müddətdir izləyir. Klubun əməkdaşları onun mövsümün ortasında transferinin mümkün olub-olmadığını araşdırırlar.

Lakin hazırda bu keçidin baş tutma ehtimalı aşağı qiymətləndirilir. “Lids” əsas hücumçularından birini heyətində saxlamaq və onunla müqaviləni uzatmaq niyyətindədir.

Kalvert-Lyuin cari mövsümdə beş qol vurub. Onlardan birini məhz “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçə başa çatan qarşılaşmada rəqib qapısından keçirib.

Mançester klubunun hücumçu axtarışına başlamasına Benjamin Şeşkonun zədəsinin ağırlaşması səbəb olub. Sloveniyalı futbolçunun baldır nahiyəsindəki zədəsi yenidən problem yaradıb. Ən yaxşı halda onun yanvar ayında meydana qayıdacağı gözlənilir.

İdman.Biz