Şmeyxeldən VAR-a sərt reaksiya: “Futbola mane olur”

14 Sentyabr 2026 22:09
75
Şmeyxeldən VAR-a sərt reaksiya: “Futbola mane olur”

Sabiq futbolçu Peter Şmeyxel İngiltərə Premyer Liqasının 4-cü turunda keçirilən “Mançester Yunayted” – “Mançester Siti” matçında (0:1) Erlinq Holandın qolu ilə bağlı yaranan mübahisədən sonra VAR sistemi barədə sərt danışıb.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, Şmeyxel VAR-dan imtina olunmasına çağırış edib.

“İstərdim ki, VAR-dan imtina edək. Hazırkı vəziyyətdə elə bir duruma gəlib çıxmışıq ki, VAR və hakimlər futbolun ən vacib simalarına çevriliblər. Bu, oyundakı bütün enerjini sovurur. Qol vuran kimi sənə hətta sevinməyə də imkan vermirlər.

Top torda olarkən – bu, qoldur, lakin dərhal yan xətt hakimi bayrağını qaldıraraq oyundankənar vəziyyət olduğunu siqnal verir. Mən səbirsizliklə o günləri gözləyirəm ki, VAR-dan imtina edə bilək, çünki bu sistem insanı qıcıqlandırır və futbola mane olur. O, oyunu bir zərrə də olsun yaxşılaşdırmayıb”, – deyə Şmeyxel bildirib.

İdman.Biz