Braziliyanın “Santos” futbol klubu Filipe Koutinyonun transferini rəsmən elan edib.
İdman.Biz xəbər verir ki, 34 yaşlı futbolçu Braziliya klubu ilə 2026-cı ilin sonunadək müqavilə imzalayıb. Bununla da Koutinyo Neymarın komanda yoldaşı olub.
Braziliyalı futbolçu fevral ayından, “Vasko da Qama”dan ayrıldıqdan sonra azad agent statusunda idi.
Karyerası ərzində Koutinyo “İnter”, “Liverpul”, “Barselona”, “Bavariya”, “Aston Villa” və digər klublarda çıxış edib.
O, Braziliya millisinin heyətində 68 oyun keçirib.
