“Sportinq” azarkeşlərinin ağ bayraqlı etirazı nəticə verdi

2 Noyabr 2026 05:37
102
“Sportinq” azarkeşlərinin ağ bayraqlı etirazı nəticə verdi

Portuqaliyanın “Sportinq” futbol komandası baş məşqçi Rui Borjeslə yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, Lissabon klubu qərarı mətbuata göndərdiyi rəsmi açıqlama ilə elan edib. Bildirilir ki, rəhbərlik artıq yeni məşqçi variantları üzərində işləyir və “Lion” futbol komandasının baş məşqçisi Paulu Fonseka əsas namizəddir.

“A Bola” nəşrinin yazdığına görə, tərəflərin danışıqları milli komandaların noyabr oyunları zamanı yekunlaşdırması gözlənilir.

Fonseka üçün “Sportinq” xüsusi məna daşıyır, çünki o, uşaqlıqdan bu klubun azarkeşidir. “Lion” ilə müqavilənin uzadılması barədə danışıqların irəliləməməsi də ayrılıq ehtimalını artırır.

İddia olunur ki, “Lion” Fonsekanın gedəcəyi təqdirdə Tiaqo Mottanın namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Rui Borjes “Sportinq”ə 2024-cü ilin dekabrında gəlib, müqaviləsi 2028-ci ilin iyununadək idi. Oktyabrın sonunda öz meydanında “Akademiku de Vizeu”ya 1:2 hesabı ilə uduzandan sonra komanda lider “Portu”dan doqquz xal geri qalıb. Həmin oyundan sonra azarkeşlər tribunadan ağ dəsmallar qaldıraraq məşqçinin istefasını tələb ediblər.

İdman.Biz