"Milan" və "Liverpul" mübarizəni dayandırıb, “Bayer” yarımfinalda - VİDEO

Xəbərlər
19 Aprel 2024 01:51
"Milan" və "Liverpul" mübarizəni dayandırıb, “Bayer” yarımfinalda - VİDEO

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 4 qarşılaşma keçirilib.

İngiltərə klubları meydana revanş üçün çıxıblar. “Liverpul” “Atalanta” ilə, “Vest Hem” isə “Bayer”lə dueldə mübarizəni dayandırıb.

İtaliya klublarının qarşılaşmasında “Roma” “Milan”dan güclü olub. “Benfika” Marsel səfərində üstünlüyünü qoruya bilməyib. Cütün taleyini penalti zərbələri həll edib. Daha dəqiq olan fransalılar yarımfinala yüksəliblər.

Qeyd edək ki, yarımfinalda "Roma" "Bayer"lə, "Atalanta" "Marsel"lə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Roma” – “Milan” - 2:1

İlk oyun – 1:0



23:00. “Atalanta” – “Liverpul” - 0:1
İlk oyun – 3:0

23:00. “Vest Hem” – “Bayer” - 1:1
İlk oyun – 0:2



23:00. “Marsel” – “Benfika” - 1:0, pen. 4:2
İlk oyun – 1:2

İdman.biz