Qurban Qurbanov Roberto de Dzerbini keçib

Xəbərlər
16 Aprel 2024 17:16
200
Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

"Qarabağ"ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. “Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2228 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.

İdman.biz