Azərbaycan millisinin üç üzvü Türkiyə klubuna keçib

21 Avqust 2026 00:17
94
Azərbaycan millisinin üç üzvü Türkiyə klubuna keçib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üç üzvü karyerasını Türkiyədə davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Xanım Əsədova, Ayşən Salamzadə və Alina Nəhmədova Türkiyə Birinci Liqasında çıxış edən “Gaziantep Safir SK” ilə 2026/27 mövsümü üçün razılığa gəliblər.

Xanım Əsədova və Ayşən Salamzadə son olaraq Azərbaycanın “Neftçi” klubunda çıxış ediblər. Əsədova bundan əvvəl “Sabah”ın da formasını geyinib.

Alina Nəhmədova isə ötən mövsüm legioner həyatı yaşayıb. Azərbaycan millisinin üzvü 2026-cı ilin əvvəlində “Neftçi”dən Serbiyanın “Partizan” klubuna transfer olunub və mövsümün qalan hissəsini bu komandada keçirib.

İdman.Biz