Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycan millisinin medal sayı beşə çatıb.
İdman.Biz xəbər verir ki, yarışın dördüncü günündə yunan-Roma güləşi üzrə 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda Özbəkistan təmsilçisi Dostonbek Oripovla qarşılaşıb. Təmsilçimiz ilk hissədə icra etdiyi dörd xallıq fənd sayəsində üstünlük qazanıb və görüşü 4:1 hesablı qələbə ilə başa vurub.
Bu nəticə ilə Ayxan Cavadov titulunu qoruyaraq ardıcıl ikinci dəfə U-20 dünya çempionu olub.
82 kq çəki dərəcəsində çıxış edən Elmin Əliyev isə bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisi İsmayıl Bərəkəti 7:1 hesabı ilə məğlub edib və dünya üçüncüsü olub.
Qadın güləşində 72 kq çəki dərəcəsində mübarizə aparan Zəhra Kərimzadə bürünc medal qarşılaşmasında rusiyalı Liliana Kazminaya tuşla məğlub olaraq dünya çempionatını beşinci pillədə başa vurub.
Beləliklə, Azərbaycan millisinin mundialda qazandığı medalların sayı beşə çatıb. Daha əvvəl Cavidan Nehmətov 77 kq-da gümüş, Emin Cavadlı 55 kq-da və Tural Əhmədov 63 kq-da bürünc medal qazanıblar.
20:55
Azərbaycan güləşçisi Elmin Əliyev U-20 dünya çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətlə qarşılaşıb.
Elmin Əliyev rəqibinə 7:1 hesabı ilə qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb. Dünya Güləş Birliyinin məlumatına görə, U-20 dünya çempionatı avqustun 16-dan 23-dək Slovakiyanın Bratislava şəhərində keçirilir.
20:30
Azərbaycanlı güləşçi Ayxan Cavadov (60 kq) U-20 dünya çempionatında növbəti dəfə qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, təmsilçimiz final görüşündə Özbəkistan idmançısı Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Ayxan Cavadov titulunu qoruyub və ardıcıl ikinci dəfə U-20 dünya çempionu adını qazanıb.
12:21
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın üç güləşçisi bu gün medal uğrunda görüşlərə çıxacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Ayxan Cavadov finalda özbəkistanlı Dostonbek Oripovla qarşılaşacaq.
82 kq-da çıxış edən yunan-Roma güləşçimiz Elmin Əliyev bürünc medal uğrunda İsmayıl Bərəkət (Türkiyə) - Mohammed Şaban (Misir) və Severi Maeenpaeae (Finlandiya) arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.
72 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Zəhra Kərimzadə isə bürünc medal uğrunda Petra Mueller (Macarıstan) - Liliana Kazmina (Rusiya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
Bütün görüşlər Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
