“Beşiktaş” Avropa Liqasının pley-offunda böyük üstünlük qazandı - VİDEO

20 Avqust 2026 23:24
93
“Beşiktaş” Avropa Liqasının pley-offunda böyük üstünlük qazandı - VİDEO

Türkiyənin “Beşiktaş” futbol komandası UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Kauno Jalgiris” üzərində 3:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, “Tüpraş” stadionunda keçirilən qarşılaşmada hesab altıncı dəqiqədə açılıb. Rıdvan Yılmazın künc zərbəsindən ötürməsindən sonra Oh başla fərqlənib.

Cəmi altı dəqiqə sonra “Beşiktaş” üstünlüyünü artırıb. Rıdvan Yılmazın sol cinahdan ötürməsini Murillo yaxın məsafədən dəqiq tamamlayıb.

İkinci hissədə meydan sahibləri daha bir qol vurublar. 56-cı dəqiqədə qazanılan penaltini kapitan Orkun Kökçü dəqiq yerinə yetirərək hesabı 3:0 edib.

69-cu dəqiqədə “Beşiktaş” dördüncü qola yaxın olub. Rıdvan Yılmazın ötürməsindən sonra Duşan Vlahoviç başla zərbə endirsə də, “Kauno Jalgiris”in qapıçısı komandasını xilas edib.

Qarşılaşmada başqa qol olmayıb və “Beşiktaş” cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Litvada keçiriləcək.

İdman.Biz