“Real” və “Bavariya” 150 milyon avroluq futbolçunun transferini düşünür

29 Noyabr 2026 13:55
37
“Real” və “Bavariya” 150 milyon avroluq futbolçunun transferini düşünür

İngiltərənin “Mançester Siti” futbol komandasının və Fransa millisinin yarımmüdafiəçisi Rayan Şerki Avropanın iki nəhənginin maraq dairəsinə düşüb.

İdman.Biz “Fussball News” nəşrinə istinadən xəbər verir ki, İspaniyanın “Real” və Almaniyanın “Bavariya” komandaları 23 yaşlı futbolçunun çıxışını yaxından izləyirlər.

Bununla belə, “Mançester Siti” rəhbərliyi fransalı yarımmüdafiəçinin qış transfer dövründə komandadan ayrılması ehtimalını istisna edir. İngiltərə təmsilçisi futbolçusunun transfer dəyərini təxminən 150 milyon avro (270 milyon AZN) məbləğində qiymətləndirir.

Şerki cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi on qarşılaşmada beş qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz