“Mançester Siti” Canluici Donnarumma ilə yollarını ayırmağa hazırlaşır

29 Noyabr 2026 12:48
57
“Mançester Siti” Canluici Donnarumma ilə yollarını ayırmağa hazırlaşır

İngiltərənin “Mançester Siti” futbol komandasının qapıçısı Canluici Donnarummanın transferə çıxarıldığı iddia olunur.

İdman.Biz xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi italiyalı qolkiperin komandanın taktiki oyun modelinə uyğun gəlmədiyini düşünür. Bu səbəbdən onunla yolların ayrılması gündəmə gəlib.

Donnarumma cəmi bir il əvvəl Fransanın PSJ komandasından “Mançester Siti”yə transfer olunub.

Hələlik qapıçının gələcək karyerası və onunla maraqlanan komandalar barədə məlumat verilmir. İngiltərə təmsilçisi də yayılan xəbərlə bağlı rəsmi açıqlama verməyib.

İdman.Biz