Türkiyəli aktyor İsmail Hacıoğlu futbola olan sevgisi, ailəsinin futbol keçmişi və azarkeşlik etdiyi komanda barədə diqqətçəkən açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, məşhur aktyor atasının “Fənərbağça”nın sabiq futbolçusu olmasına baxmayaraq, kiçik yaşlarından “Qalatasaray”a azarkeşlik etdiyini bildirib.

Uşaqlıq illərindən “sarı-qırmızılılar”a könül verən Hacıoğlu bu seçiminə görə yaşadığı məhəllədə maraqlı reaksiyalarla qarşılaşdığını söyləyib.
Atası ilə fərqli komandalara bağlılığından danışan aktyor ailəsinin futbol tarixçəsini bu sözlərlə ifadə edib:
“Mən əfsanəvi “Fənərbağça”lı atanın “Qalatasaray”lı oğluyam”.
Məşhur aktyorun atasının futbol karyerası da diqqət çəkir. 1980-ci illərdə “Fənərbağça”nın formasını geyinən Mehmet Hacıoğlu Türkiyə futbol ictimaiyyətində “Bolqar Mehmet” ləqəbi ilə tanınır. Müdafiəçi mövqeyində çıxış edən sabiq futbolçu sonradan Türkiyə U-19 millisinin baş məşqçi kimi də fəaliyyət göstərib.

