Türkiyənin “Fənərbağça” futbol komandası qış transfer dövründə üç futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
İdman.Biz xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi Dorqeles Nene, Oqnyen Mimoviç və Romelu Lukakunun xidmətindən imtina etmək qərarına gəlib.
Cari mövsümdə 18 rəsmi qarşılaşmada cəmi bir qol vuran 33 yaşlı belçikalı hücumçu rəhbərliyin və məşqçilər heyətinin etimadını doğrultmayıb. ABŞ və Səudiyyə Ərəbistanı komandalarının maraq göstərdiyi Lukakunun maddi itki bahasına olsa belə, satılması nəzərdə tutulur.
Müalicəsi davam edən Marko Asensionun gələcəyi isə qeyri-müəyyən olaraq qalır. Müqaviləsində 23 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulan Arçi Braunla bağlı qərar gələcək təkliflərdən asılı olacaq.
Əcnəbi futbolçu limitini tam dolduran “Fənərbağça” transfer strategiyasını yaş məhdudiyyətinə uyğun qurmağa çalışır. Nene, Mimoviç və Braunla yollar ayrılacağı təqdirdə onların əvəzinə yalnız 23 yaşdan aşağı əcnəbi futbolçular transfer edilə bilər.
Baş məşqçi Əmrə Belözoğlu heyəti gəncləşdirmək, müdafiə, yarımmüdafiə və hücum xətlərini gücləndirmək niyyətindədir.
Braunun satılacağı təqdirdə isə hazırda sifariş ərizəsindən kənarda qalan Ceyden Osterholdenin komandaya qaytarılması da gündəmə gələ bilər.
