Zamiq Əliyevin komandası Avropa Liqasında heç-heçə etdi

20 Avqust 2026 23:43
98
Zamiq Əliyevin komandası Avropa Liqasında heç-heçə etdi

Albaniyanın “Eqnatiya” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Norveçin “Lillestrem” komandası ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb.

“Eqnatiya”nın heyətində çıxış edən Azərbaycan millisinin üzvü Zamiq Əliyev qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib və meydana daxil olmayıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu 27 avqust, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

İdman.Biz