“Milan” ispaniyalı baş məşqçi ilə danışıqlara başlayıb

Xəbərlər
13 Aprel 2024 11:55
142
“Milan” ispaniyalı baş məşqçi ilə danışıqlara başlayıb

“Milan” rəhbərliyi baş məşqçi postuna gətirmək istədiyi Xulen Lopeteqi ilə danışıqlara başlayıb.

İdman.biz xəbər verir ki, A seriyası təmsilçisinin nümayəndələri ispaniyalı mütəxəssislə görüşüblər.

57 yaşlı çalışdırıcının Stefano Piolini əvəzləyəcəyi gözlənilir. Lakin tərəflər müzakirələrdə hələ ilkin anlaşma əldə etməyiblər.

Qeyd edək ki, Lopeteqinin son iş yeri mövsümün əvvəlində ayrıldığı “Vulverhempton” olub.

İdman.biz

Məqalədə: