Musa Qurbanlı mövsümə darmadağınla başlayıb

Xəbərlər
1 Aprel 2024 18:06
4 425
Musa Qurbanlı mövsümə darmadağınla başlayıb

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” İsveç çempionatının yeni mövsümünün ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, həmyerlimizin komandası səfərdə “Göteburq”la üz-üzə gəlib.

Matç qonaqların 4:1 hesablı darmadağını ilə yekunlaşıb. Qurbanlı meydana 70-ci dəqiqədə daxil olub.

İdman.biz

Məqalədə: