“Qarabağ” “Zenit”i keçir

Xəbərlər
29 Mart 2024 16:58
“Qarabağ” “Zenit”i keçir

Bu gün 11-ci dəfə Azərbaycan çempionu adını qazanmaq imkanına malik olan “Qarabağ” postsovet məkanının çempionatlarının ən titullu komandaları sırasında irəliləyəcək.

İdman.biz xəbər verir ki, hesabında 10 qızıl medal olan Ağdam klubu eyni sayda uğura malik “Zenit”, “Jalgiris” və “Levadiya”nı keçəcək.

Təmsilçimiz çempionluq sayında Moskva “Dinamo”suna çatacaq. Rusiya klubu da ittifaq və müstəqil Rusiya çempionatlarında ümumilikdə 11 çempionluğa sevinib.

Keçmiş SSRİ təmsilçilərindən 18-i ən azı 10 dəfə qızıl medal qazanıb. Rusiyanın 4, Ukrayna və Estoniyanın hərəsindən iki komanda belə uğura imza atıb. 13 ölkə klubları buna nail olub. Yalnız Qazaxıstan və Türkmənistanda heç bir komanda 10 və ya daha çox çempionluq qazanmayıb.

Mütləq rekord Kiyev “Dinamo”suna məxsusdur. Onlar SSRİ və Ukrayna çempionatlarında 29 qızıla sahib çıxıb.

1. “Dinamo” K (SSRİ, Ukrayna) – 29
2. “Spartak” M (SSRİ, Rusiya) – 22
3-4. “Şerif” (Moldova) - 21
“Dinamo” T (SSRİ, Gürcüstan) - 21
5. “Paxtakor” (Özbəkistan) – 16
6. BATE (Belarus) – 15
7-9. “Skonto” (Latviya) - 14
“Flora” (Estoniya) – 14
“Şaxtyor” (Ukrayna) – 14
10-11. MOİK (SSRİ, Rusiya) - 13
“Dordoy” (Qırğızıstan) – 13
12-13. “İstiqlol” (Tacikistan) - 12
“Pünik” (Ermənistan) – 12
14. “Dinamo” M (SSRİ, Rusiya) – 11
15-18. “Qarabağ” (Azərbaycan) – 10
“Zenit” (SSRİ, Rusiya) – 10
“Jalgiris” V (Litva) - 10
“Levadiya” (Estoniya) – 10

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: