UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Vestri” qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
İdman.Biz bildirir ki, oyun iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da başlayacaq.
Məlumata əsasən, standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN-dir.
VIP sektorlardakı biletlər 50, 75 və 100 manatadır. VVIP sektorlardakı biletlərin qiyməti 150 AZN-dir.
Qeyd edək ki, VVIP sektora bilet əldə etmiş azarkeşlər üçün həmin zonada çay süfrəsi təqdim olunacaq.
Həmçinin məlumatda qeyd olunur ki, biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək olar.
Onlayn bilet alışı zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Klub həmçinin azarkeşlərə saxta biletlərə aldanmamağı tövsiyə edir. Qeyd olunur ki, stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkündür.
