“Pafos”dan Murad Məmmədov barəsində “ambisiyalı” paylaşım - FOTO

2 İyul 2026 21:17
643
“Pafos”dan Murad Məmmədov barəsində “ambisiyalı” paylaşım

Kiprin “Pafos” klubu öz rəsmi sosial şəbəkə səhifəsində azərbaycanlı fubolçu Murad Məmmədovla bağlı paylaşım edib.

İdman.Biz bildirir ki, klub Məmmədovun braziliyalı David Luislə birgə şəklini paylaşıb.

Paylaşıma isə “Təcrübə ambisiya ilə qarşılaşanda” adı qoyulub. Burada 39 yaşlı braziliyalının təcrübəsinə və 20 yaşlı Məmmədovun ambisiyasına işarə vurulub.

“Pafos” ötən ay 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Məmmədov Azərbaycan U-21 millisinin üzvüdür.

İdman.Biz