“İmişli” futbol klubu Fərid Namazovu baş məşqçi postuna gətirib.
İdman.Biz bu barədə kluba istinadən bildirir.
“İmişli” Fərid Namazovla 1 illik müqavilə imzalayıb.
UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.
Fərid Namazov “İmişli” ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanaıb.
Daha öncə klub portuqaliyalı Jorj Kaşkilya ilə yollarını ayırmışdı.
