“Topu ələ keçirmə göstəricisində lider olduğumu sizdən eşidirəm” - Elvin Yunuszadənin İDMAN.BİZ-ə AÇIQLAMASI

2 İyul 2026 16:17
114
“Topu ələ keçirmə göstəricisində lider olduğumu sizdən eşidirəm” - Elvin Yunuszadənin İDMAN.BİZ-ə AÇIQLAMASI

“Futbol üzrə Azərbaycan Premyer Liqasında son mövsümün nəticələrinə görə, topu ələ keçirmə göstəricisində lider olduğumu ilk dəfə sizdən eşitdim”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında “Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə deyib.

Təcrübəli müdafiəçi Peşəkar Futbol Liqasının hazırladığı hesabatın ilk beşliyində azərbaycanlı futbolçuların olmasını da sevindirici hal kimi qiymətləndirib.

“Lakin bu hesabat bir növ bizim üzərimizə əlavə məsuliyyət qoymuş oldu. Hesab edirəm ki, azərbaycanlı futbolçular gələcəkdə liderliyini qorumalı və nəticələrini daha da yaxşılaşdırmalıdırlar”, - deyə 33 yaşlı müdafiəçi bildirib.

Xatırladaq ki, ötən gün Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün topu ələ keçirmə statistikası açıqlayıb. Belə ki, topu ələ keçirmə göstəricisində yerli oyunçular liderdir. İlk beşlikdə üç azərbaycanlı var. Bunlar “Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə, “Kəpəz”dən Rauf Hüseynli və “Karvan-Yevlax”dan Emin Rüstəmovdur.

İdman.Biz