“Real Madrid”in prezidenti Florentino Peres keçmiş “Real Madrid” hücumçusu Ronaldo Nazariodan həmyerlisi braziliyalı hücumçu Vinísius Junioru “Los Blancos”la 2027-ci ilin yayında başa çatacaq müqaviləni uzatmağa razı salmasını istəyib.
İdman.Biz bu barədə “Defensa Central”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Ronaldo danışıqlarda birbaşa iştirak etmir, lakin Viniciusu “Real Madrid”in təklif etdiyi müqavilənin onun maraqlarına uyğun olduğuna inandırmaq vəzifəsi daşıyır. Peres 1994 və 2002-ci il Dünya Kubokunun qalibinin Braziliya millisindəki yüksək mövqeyindən istifadə etmək istəyir.
Əvvəlki media xəbərlərində Vinisiusun “Real Madrid”lə yeni müqavilə üçün maaş məsələsində razılığa gələ bilmədiyi bildirilirdi. Braziliyalı futbolçu 2018-ci ildən “Los Blancos”da oynayır. 375 matçda 128 qol vurub və 100 məhsuldar ötürmə edib.
