Yığmamızın baş məşqçisi: “Portuqaliya, İspaniya ilə bir qrupda olmaq istəməzdik”

Müsahibə
29 Mart 2024 11:07
207
Yığmamızın baş məşqçisi: “Portuqaliya, İspaniya ilə bir qrupda olmaq istəməzdik”

“Bizi çox maraqlı Avropa çempionatı gözləyir. Bütün millilərin heyəti güclənib”.

Bunu İdman.biz saytına minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.

Təcrübəli mütəxəssis aprelin 4-də atılacaq AVRO-2024-ün püşkünə münasibət bildirib. Onun sözlərinə görə, ikinci səbətdə çox güclü rəqiblər yer alıb: “Qrupdan çıxmaq üçün daha münasib rəqiblərin düşməsini istərdik. İlk hədəf budur. İkinci səbətdə olan millilər çox güclüdür. Portuqaliya, İspaniya isə 3-4-cü səbətlərdə yer alır. Onlarla bir qrupda olmaq istəməzdik”.

Avropa çempionu qitə çempionatında əsas hədəflərini də açıqlayıb: “Azərbaycan Minifutbol Liqası çox yaxşı keçir. Çempionatın belə uzun davam etməsi də müsbət haldır. Futbolçular hər həftə oynayırlar və formada qalırlar. Bu bizim üçün böyük üstünlükdür. Aprelin sonu mayın əvvəlində bizi Monteneqroda beynəlxalq turnir gözləyir. Orada taktiki və texniki cəhətdən işləyib, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Son Avropa çempionu olduğumuza görə ən azı final oynamaq istəyirik. Planlarımızı onun üzərində qurmuşuq”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya və Herseqovinada keçiriləcək. Yığmamız püşkatmada 1-ci səbətdə yer alıb.

Emin Ağa
İdman.biz

Məqalədə: