Lionel Messinin qiyməti UCUZLAŞIB

Xəbərlər
26 Mart 2024 18:10
167
Lionel Messinin qiyməti UCUZLAŞIB

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messinin transfer qiyməti ucuzlaşıb.

İdman.biz “Transfermarkt”a istinadən xəbər verir ki, ulduz futbolçunun qiyməti 5 milyon avro azalıb.

Messinin dəyəri 30 milyon avroya düşüb.

Qeyd edək ki, bu mövsüm Messi “İnter Mayami”nin heyətində 5 oyuna çıxıb. O, bu matçlarda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimidir.

İdman.biz