Ukraynanın baş məşqçisi: “Azərbaycana problem yaşatmağın yolunu tapdıq”

Xəbərlər
19 Mart 2024 14:00
205
Ukraynanın baş məşqçisi: “Azərbaycana problem yaşatmağın yolunu tapdıq”

“Azərbaycanla ötənilki oyunumuz çətin alınmışdı”.

İdman.biz xəbər verir ki, bunu Ukraynanın U-21 millisinin baş məşqçisi Unai Melqosa deyib.

Mütəxəssis AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu və matça hazırlıq barədə danışıb: “Biz çətinliklə də olsa, Azərbaycan yığmasına daha çox problem yaşatmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiəyə çəkiləcək və rəqibin əks-hücumlarına hazır olmalıyıq. Öz oyunumuzu yaxşılaşdırmalıyıq ki, Azərbaycana qarşı keyfiyyətli matç keçirək. Müsbət seriyamızı davam etdirmək istəyirik. Bütün həftəni Antalyada birlikdə çalışacaq, yoxlama oyununa Mərakeşin U-23 yığması ilə qarşılaşacağıq. Əlbəttə, Azərbaycanın İngiltərə ilə matçını da izləyəcəyik. Amma canlı deyil, videoyazı şəklində baxacağıq”.

Qeyd edək ki, Azərbaycan – Ukrayna matçı martın 26-da “Azərsun Arena”da keçiriləcək.

İdman.biz

Məqalədə: