“Qarabağ” əsrin rekordunu vurub

Xəbərlər
18 Mart 2024 11:09
193
“Qarabağ” əsrin rekordunu vurub

“Qarabağ” Azərbaycan Premyer Liqasının 27 turunda 71 qol vurub.

İdman.biz xəbər verir ki, bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.

Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.

İdman.biz